Dənizdə batan şəxsin meyiti tapıldı

10:51 - 25 İyun 2016 - HADİSƏ

İyunun 22-də Bakı şəhəri, Pirallahı rayonunda dənizdə batma hadisəsi qeydə alınıb.FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) batmış 1998-ci il təvəllüdlü İsmayıllı Fərid Ədalət oğlunun axtarışları başa çatıb.
 F.İsmayıllının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:30-da başa çatıb. 

Xəbər xətti