Bakıda intihara cəhd

09:49 - 25 İyun 2016 - HADİSƏ

Bakıda səhər saatlarında iki nəfər intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasmal rayonunda 2 nəfərin intihar məqsədilə tikilməkdə olan onaltımərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxslar aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 07:39-da başa çatıb.

Xəbər xətti