Bakıda iki yaşlı uşaq altıncı mərtəbədən yıxılıb

18:02 - 21 İyun 2016 - HADİSƏ

 Bakıda azyaşlı uşaq altıncı mərtəbədən yıxılıb.“Report”un xəbərinə görə, hadisə Xətai rayonu Gəncə prospekti ev 65-də baş verib.Həmin binanın altıncı mərtəbəsində yaşayan 2014-cü il təvəllüdlü Tahir Yolçuyev eyvandan yıxılıb.
T.Yolçuyev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti