Bakıda mənzildən 20 min manatlıq qızıl oğurlanıb: Oğrular divarı deşərək evə daxil olublar

16:44 - 21 İyun 2016 - HADİSƏ

Bakının Yasamal rayonunda oğurluq hadisəsi olub. Hadisə rayonun M.Seyidov küçəsi, ev 15 ünvanında baş verib. Orada yaşayan 1965-ci il təvəllüdlü Eldar Əliyev evdə olmadığı zaman naməlum şəxslər zirzəminin divarını deşərək onun evindən 20 min manat qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.report

Xəbər xətti