Şəkidə kimyəvi məhlul içən 5 yaşlı uşaq ölüb. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, iyunun 19-u axşam saat 20:30 radələrində rayonun Cəfərabad kənd sakini, 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.Məlum olub ki, 5 yaşlı M. Qafarov yaşadığı evdə dezinfeksiyaedici və həşəratları məhv etmək üçün istifadə olunan “Neasidol” kimyəvi məhlulunu saxlandığı yerdən götürərək içib.Həkimlərin səylərinə baxmayaraq, M. Qafarov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.