VAZ 2101 qəzaya uğradı: sürücü və sərnişini öldü

10:35 - 20 İyun 2016 - HADİSƏ

Azərbaycanda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.Lent.az-ın məlumatına görə, Qaraməryəm-İsmayıllı-Oğuz yolunun 104-cü kilometrliyində "VAZ 2101" markalı, 48 BA 676 dövlət qeydiyyat nişanlı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobili idarə edən 1939-cu il təvəllüdlü Həmidzadə Namiq Zahid oğlu və sərnişini, 1961-ci ildə anadan olmuş Əsgərova Bənövşə Nəriman qızı hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti