Masallı rayonunda at oğurluğunun üstü açılıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon sakini Ramal Hüseynovun həyətindən 1 dəst at oğurlamaqda şübhəli bilinən həmyerlisi Rəşad Heydərov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 17-nə keçən gecə daha 2 at oğurlaması da müəyyən edilib.