Bakıda 4 yaşlı uşağı maşın vurdu

13:51 - 16 İyun 2016 - HADİSƏ

Bakıda avtomobilin vurub öldürdüyü 4 yaşlı qızın adı məlum olub.  Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 15-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Rahim Hüseynov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti