İnterpol xətti ilə axtarışa verilən Azərbaycan vətəndaşı Tbilisidə saxlanılıb. “Qafqazinfo” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, İ.Elvin kimi təqdim edilən azərbaycanlı Türkiyədən Gürcüstana daxil olan zaman tutulub. O, Almaniyada ağırlaşdırıcı hallarda bir soyğunçuluq törətməkdə ittiham olunaraq axtarışa verilib.
Qeyd edilir ki, İ.Elvin bu ilin fevralından beynəlxalq axtarışa verilib.