Salyanda 4 yaşlı uşağı yatdığı yerdə ilan sancıb

09:45 - 12 İyun 2016 - HADİSƏ

Gecə saatlarında Salyan rayonunun Kürsəngi kəndində azyaşlı usağı ilan sancıb. “Report” xəbər verir ki, hadisə Elgün Nəzər oğlu Atayev evdə yatdığı zaman baş verib.
Bundan xəbər tutan valideynlər azyaşlını təcili Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada uşağa ilan zəhəri əleyhinə zərdab vurulub və digər lazımi tədbirlər görülüb.

Xəbər xətti