Xəzər rayonunda avtomobil azyaşlını vurub. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Yusif Bayramov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən qəsəbə sakini azyaşlı Məryəm Novruzovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Xəzər Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.