Prezident 2015-ci ilin dövlət büdcəsinin icrasını təsdiqlədi -SƏRƏNCAM

18:23 - 10 İyun 2016 - Xəbər

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasının gəlirləri 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində olmaqla təsdiqlənib.
Qeyd edək ki, sərəncama əsasən, 2015-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

Xəbər xətti