Bakıda ər arvadını bıçaqlayıb

13:53 - 8 İyun 2016 - HADİSƏ

Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 1976-cı il təvəllüdlü Seymur Soltanov arvadı 1978-ci il təvəllüdlü Cəmilə Soltanovaya bıçaqla xəsarət yetirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. S.Soltanov könüllü olaraq polisə gəlib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Xəbər xətti