Bu gecə Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, saat 01:30 radələrində Babək prospektinin Nizami rayonu ərazisinə düşən hissəsində avtomobil 50-55 yaşlı qadını vurub. Zərbənin gücündən 20-25 metr məsafəyə düşən qadın hadisə yerindəcə keçinib.Hadisəni törədən sürücü avtomobili ilə birgə uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.