Dövlət Komitəsi monitorinqlərə başlayır

15:02 - 6 İyun 2016 - Xəbər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sabahdan etibarən dini ədəbiyyatın satışı mağazalarında növbəti monitorinqlərə başlayacaq. Bu barədə Trend-ə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
S.Heydərov deyib ki, monitorinqin məqsədi qadağan olunmuş dini kitabların, o cümlədən Komitənin icazəsi olmadan dini ədəbiyyatın və müqəddəs Ramazan ayı ilə bağlı saxta təqvimlərin satılması hallarının aşkar edilib qarşısının alınmasıdır.

 
 

Xəbər xətti