Lənkəranda 8 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, qəza şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.
Belə ki, Lənkəran şəhəri, Səttarxan küçəsi, 102 ünvanında yaşayan, 1960-cı il təvəllüdlü Rəfail Mirzəli oğlu Rzayev idarə etdiyi 90-NG-068 dövlət qeydiyyatı nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsinin sakini, 2008-ci il təvəllüdlü Zəhra Müşviq qızı Teymurlunu vurub.
Yaralı sol baldır sümüyünün sınığı diaqnozu ilə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.