Azərbaycanda dəhşətli olay: ruhi xəstə yanaraq öldü

13:22 - 6 İyun 2016 - HADİSƏ

Saatlı rayonunda ölümlə nəticələnən yanğın baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 6-da saat 02 radələrində Saatlı rayonunun Xanlarkənd kəndində yaşayan ruhi xəstə Elşad Əmirovun evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra E.Əmirovun yanmış meyiti tapılıb.
Araşdırma aparılır.

Xəbər xətti