Hindistanda sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində on yeddi nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə bazar günü Sinxua agentliyi məlumat yayıb. Məlumata görə, Mumbai-Puna avtomobil magistralı ilə hərəkət edən sərnişin avtobusu bazar günü səhər iki minik avtomobili ilə toqquşub və dərəyə düşüb. Hadisə nəticəsində ən azı 35 nəfər xəsarət alıb
Hazırda hadisənin baş verdiyi ərazidə xilasetmə işləri aparılır.