Əfsanəvi boksçunun ölüm səbəbi açıqlanıb

10:02 - 5 İyun 2016 - Xəbər

Əfsanəvi boksçu Məhəmməd Əlinin ölümünə naməlum təbii səbəblərdən yaranan septik şok səbəb olub. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə idmançının ailə üzvü məlumat verib.Tənəffüsündə yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilən Məhəmməd Əli cümə günü 74 yaşında ABŞ-da vəfat edib. O son bir neçə günü yatdığı Finkis şəhəri (Arizona ştatı) xəstəxanalarından birində dünyasını dəyişib.

Boksçu 1980-ci illərdən Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Xəbər xətti