İyunun 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Baş nazir Binəli Yıldırımın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırımı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verdi.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Baş nazir Binəli Yıldırıma, Türkiyənin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Türkiyə Baş nazirinin qarşısından keçdi.trend