Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.Daxili İşlər Nazirliyinin (DİN) saytında verilən məlumata görə, iyunun 1-də saat 17 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Mehman Əliyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Elnur Babazadəni vurub. Xəstəxanaya yerləşdirilən E.Babazadə iyunun 2-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.