Albaniyanın paytaxtı Tiranada keçirilən NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında çıxış edən Albaniya Parlamentinin spikeri İlir Meta Azərbaycanın Dağlıq Qarabağ regionunda yaranmış son duruma münasibət bildirib. "Report"un məlumatına görə, o, deyib ki, Albaniya münaqişənin Minsk Qrupu formatında həll olunmasını və zorakılıq tədbiq etmədən sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsini dəstəkləyir: "Albaniya Respublikası beynəlxalq ictimaiyyətin mövqeyi ilə tam şərikdir ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir və heç bir münaqişə Qafqaz regionunda yaşayan insanlara yardım etmir".