Ötən gün səhər saatlarında Zaqatalanın Qandax kəndinə canavar hücumu olub. Ev sahibi Əsgərov Akif Şəmsun oğlunun “Report”a verdiyi xəbərə görə, həyətindəki tövləyə daxil olan yırtıcılar, 42 baş qoyundan 18-ni parçalayıb, 9-na xəsarət yetiriblər.
Hadisə yerinə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəlib, dezinfeksiya işləri aparılıb. Ölən qoyunlar dərmanlanaraq basdırılıb.