“ASAN xidmət” bu tarixdə işləməyəcək

14:37 - 12 İyun 2026 - Cəmiyyət

Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində vətəndaşlara xidmət göstərilməyəcək.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

İyunun 15-i qeyri-iş günü olduğundan mərkəzlərin fəaliyyəti dayandırılacaq. İyunun 16-dan etibarən vətəndaşlar yenidən "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinə müraciət edərək müvafiq xidmətlərdən yararlana biləcəklər. 

Xəbər xətti