İran hələ də ABŞ-a cavab verməyib - Rubio

20:37 - 3 İyun 2026 - DÜNYA

ABŞ hələ də İran rəhbərliyindən nüvə yanacağı və uranın zənginləşdirilməsi kimi məsələlərlə bağlı cavab almayıb.

Ucnoqta.az xəbər verir ki, ABŞ Dövlət Katibi Marko Rubio bunu Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləməsində bildirib.

"Deyə bilərəm ki, bir neçə ay əvvəl onlar həm zənginləşdirmə, həm də yüksək dərəcədə zənginləşdirilmiş uranı müzakirə etməkdən imtina ediblər. Düşünürəm ki, bu məsələlər artıq mübadilə etdiyimiz bəzi sənədlərdə açıq şəkildə öz əksini tapıb, lakin bu səhərə qədər hələ də onların sistemindən yekun təsdiq almamışıq", - deyə o bildirib.

Xəbər xətti