Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul başlayır - İyunun 3-dən ...

13:08 - 3 İyun 2026 - ÖLKƏ İÇİ

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisəsində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul başlayır.

Ucnoqta.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən (2025-ci ildə müsabiqənin test mərhələsində iştirak etmiş, 40 və daha yuxarı bal toplamış) namizədlər 03 - 08 iyun 2026-c; il, saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
https://forms.gle/ewteGExzoTeWx8QD9
Qeydiyyat zamanı namizəd haqda lazım olacaq məlumatlar:
    Soyad, ad və ata adı
    FİN kod
    Müsabiqədə topladığı bal (bilmirsə boş saxlaya bilər)
    Əlaqə nömrəsi
    Hal-hazırda qeydiyyatda olduğu və yaşadığı ünvan və s.
Namizədlər yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər.

Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunacaqdır. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil ediləcəkdir.

Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.

Xəbər xətti