May ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 32 yoxlama aparıb.
Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bunlardan 14-ü planlı, 18-i isə plandankənar yoxlama olub.
Planlı yoxlamalar zamanı 13, plandankənar yoxlamalar zamanı isə 20 inzibati xəta haqqında protokol tərtib edilib.
Plastik cərrahiyyə fəaliyyəti ilə bağlı hər hansı inzibati xəta haqqında protokol tərtib edilməyib.