"İnter Mayami"nin hücumçusu Lionel Messi 2026-cı il FİFA Dünya Kuboku üçün Argentinanın heyətinə daxil edilib.
Ucnoqta.az xəbər verir ki. bu barədə Argentina Futbol Assosiasiyasının saytında məlumat verilib.
Komandanın baş məşqçisi Lionel Skaloni 26 nəfərlik yekun heyəti açıqlayıb. Bu, Messinin altıncı Dünya Kuboku olacaq.
Əgər Messi oynayarsa, Dünya Kubokunda ən çox oyun keçirən oyunçular arasında rekord qıracaq. Turnir üçün komandasının heyətinə daxil edilən Portuqaliya hücumçusu Kriştiano Ronaldo bu nailiyyətə çata bilər.