Azərbaycanda yaşı 100 və yuxarı olan seçicilərin sayı məlum olub.
Ucnoqta.az xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, yaşı 100 və yuxarı olan seçicilərin sayı 209 nəfərdir.