Bir neçə ABŞ dronu və bir F-35 qırıcı təyyarəsi İranın hava məkanını pozub və bir PUA vurulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) açıqlamasında bildirilib.
Hava hücumundan müdafiə qüvvələri RQ-4 dronunu və F-35 qırıcı təyyarəsini ölkənin ərazi hava məkanını tərk etməyə məcbur edib. MQ-9 dronlarından biri də məhv edilib.
İİKK bildirib ki, İran ABŞ-ın atəşkəs pozuntularına qarşı hər hansı bir cavab tədbiri görməyi özünün qanuni hüququ hesab edir.