Azərbaycana gələn əcnəbilərin sayı azalıb

11:35 - 21 May 2026 - Xəbər

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana gələn əcnəbilərin sayı azalıb.

Ucnoqta.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk 4 ayında Azərbaycana dünyanın 175 ölkəsindən 658,5 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azdır.

Azərbaycana gələnlərin 26,7 faizini Rusiya, 22,4 faizini Türkiyə, 8,7 faizini İran, 5,3 faizini Gürcüstan vətəndaşları təşkil edib.

Məlumata görə, körfəz ölkələrindən gələnlərin sayı 27,8 faiz azalaraq 85,1 min nəfər olub.

Ölkəmizə gələn xarici vətəndaşların 69,1 faizi hava nəqliyyatından istifadə edib.

Xəbər xətti