Ardıcıl 3 gün iş olmayacaq

08:01 - 30 Aprel 2026 - Xəbər

Bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Ucnoqta.az xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Mayın 10-u bazar gününə təsadüf etdiyinə görə, 11 may qeyri-iş günü olacaq.

Beləliklə, bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq.///apa

Xəbər xətti