Azərbaycanda ən çox şikayət edilən internet provayderlərinin Siyahısı

17:54 - 14 Aprel 2026 - Xəbər

Bu ilin birinci rübü üzrə Azərbaycanda internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.

Hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) "Eurosel" MMC (7,49), "Sline" MMC (6,49), "Bulud Telecom" MMC (4,63), "Azlink" MMC (4,32), "Megalink" MMC (2,71) olub. Bu şirkətlərdən ilk ikisinin şikayət indeksi yaxşılaşıb, digər üçünün isə pisləşib.

Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Smart Sistemz Technokoji" MMC (23 gün), "Bulud Telecom" MMC (12 gün), "Azqtel" (11 gün), "Uninet" MMC (11 gün), "Megalink" MMC (9 gün) qərarlaşıb.

Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.

Xəbər xətti