Azərbaycanda bu şadlıq sarayı satılır - 2,2 milyona ...

18:02 - 6 Aprel 2026 - Cəmiyyət

Sumqayıt şəhərində şadlıq sarayı satışa çıxarılıb. 

Ucnoqta.az xəbər verir ki, Sumqayıt şəhərində yerləşən "Çənlibel" Şadlıq Evi hərraca çıxarılıb.

4 mərtəbəli 1300 kv.metr sahəyə malik şadlıq evinin minimal satış qiyməti 1 mln. 870 min manat, ilkin bazar qiyməti isə 2,2 mln. manat müəyyən edilib.

Qeyd edək ki, ilkin hərrac aprelin 26-da keçiriləcək.

Xəbər xətti