Ağdərədə mina partlayıb, xəsarət alan var

14:55 - 1 Aprel 2026 - HADİSƏ

Ağdərə rayonunda mina hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərindən Ucnoqta.az-a verilən məlumata görə, işğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında aprelin 1-də mina hadisəsi baş verib.

1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", məlumatda deyilir.

Xəbər xətti