Gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb

11:44 - 1 Aprel 2026 - HADİSƏ

Gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb

Ucnoqta.az xəbər verir ki, Nizami rayonunda gözəllik salonlarının birindən məişət əşyalarının talanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotik və oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı M.Məmmədrəhimov müəyyən edilərək saxlanılıb. 

Həmçinin, Nəsimi rayonu ərazisində isə dələduzluq, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən 28 yaşlı E.Alıyev, 32 yaşlı A.Manafov, 48 yaşlı R.Nəsirov və  57 M.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.

Xəbər xətti