İranın Ali Lideri Əli Xamenei böhran qərargahındadır və hərbi əməliyyatlara rəhbərlik edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın "Əl Mayadeen" televiziya kanalı məlumat verib.
Mənbəsinin məlumatına görə, Xamenei 2025-ci ilin yay müharibəsində olduğu kimi, böhran qərargahındadır və hərbi əməliyyatlara şəxsən rəhbərlik edir.
Tehran meriyasının sözçüsü bildirib ki, İranın Ali Lideri Əli Xameneinin kürəkəni və gəlini İslam Respublikasının paytaxtına raket hücumlarında həlak olublar.