İrandan təxminən 1200 raket buraxılıb

21:43 - 28 Fevral 2026 - DÜNYA

Hücuma cavab olaraq İrandan təxminən 1200 raket atılıb.

Ucnoqta.az xəbər verir ki, SEPAH general-mayoru İbrahim Cabari bunu "Əl Mayadeen TV"yə verdiyi müsahibədə bildirib.

"Təcavüzdən dərhal sonra İrandan müxtəlif istiqamətlərə təxminən 1200 raket atılıb", - deyə o bildirib.

Şənbə günü ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub.
Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib. İrandan raket və pilotsuz təyyarələrin atıldığı bildirilib.

"Tasnim" xəbər agentliyinin məlumatına görə, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazaları da vurulub.

Xəbər xətti