Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

10:23 - 26 Fevral 2026 - Cəmiyyət

Fevralın 25-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Xəbər xətti