ABŞ və Rusiya nüvə silahlarına nəzarət məsələsini müzakirə ediblər - Reuters

00:00 - 24 Fevral 2026 - DÜNYA

ABŞ nümayəndələri potensial çoxtərəfli nüvə silahlarına nəzarət müqaviləsi üzrə danışıqlara başlamaq üçün Cenevrədə Rusiya nümayəndə heyəti ilə görüşüblər.

Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ nümayəndələri 24 fevralda Çin nümayəndə heyəti ilə görüşmək niyyətindədirlər. Agentliyin mənbəyi qeyd edib ki, ABŞ əvvəllər BMT Təhlükəsizlik Şurasının digər iki üzvü - Böyük Britaniya və Fransa ilə uğurlu ikitərəfli danışıqlar aparıb.

O, müzakirələrin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü səviyyəsinə qaldırılmasını müzakirələrdə "növbəti məntiqi addım" adlandırıb.

Xəbər xətti