Bakı dairəvi yolunda qəza tıxaca səbəb oldu

08:11 - 10 Fevral 2026 - AVTO

Yasamal rayonu, Bakı dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən "Lökbatan" dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

"Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür", - məlumatda vurğulanıb.

Xəbər xətti