DİN-dən məktəbdəki silahlı insidentlə bağlı AÇIQLAMA

10:52 - 6 Fevral 2026 - Xəbər

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.

Bu barədə Ucnoqta.az-a DİN-dən məlumat verilib.

Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti