Polis əməliyyat keçirdi: 9 avtomat, 20 tüfəng aşkarlandı

10:07 - 17 Yanvar 2026 - Xəbər

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 20 tüfəng, 6 patron darağı və 475 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Xəbər xətti