Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova ötən gün konsertində həyat yoldaşı ilə bağlı "Fazillə hər şey bitib" deyib.
Ucnoqta.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində məsələyə aydınlıq gətirib.
"Demək istədim ki, sevgini Fazillə bitirdim. Ayrılmamışıq. Dünəndən o da əsəbiləşib ki, sən demədin? İndi uşaqlarımla birlikdədir. Ayrılmağı gizlətmək olmaz, ortaya çıxır", - deyə, ifaçı dediklərini təkzib edib.