ABŞ Qəzza zolağına sülhməramlı qüvvələr yerləşdirməyi planlaşdırır

11:55 - 10 Dekabr 2025 - DÜNYA

ABŞ 2026-cı ilin əvvəlində Qəzza zolağına beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini gözləyir.

Ucnoqta.az xəbər verir ki, Qətərin Əl-Cəzirə televiziya kanalının Amerika rəsmisinə istinadən verdiyi məlumata görə, Vaşinqton bir neçə ölkə ilə hərbi kontingent təmin etmək barədə danışıqlar aparır.

Mənbə sülhməramlı qüvvələrin Fələstin HƏMAS hərəkatı tərəfindən nəzarət edilən Qəzza zolağının ərazilərinə yerləşdirilməyəcəyini qeyd edib.

Mənbənin sözlərinə görə, ABŞ-ın missiyaya komandanlıq etməkdə iştirakı məsələsi hələ də müzakirə olunur.

Xəbər xətti