Şabranda 5 otaqlı ev yanıb

21:03 - 3 Dekabr 2025 - ÖLKƏ İÇİ

Şabran rayonunun Düz Bilici kəndində yanğın olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin tavanı 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti