Uitkoff və Kuşner dekabrın 1-də Moskvaya səfər edəcəklər

08:30 - 1 Dekabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna böhranının həlli ilə bağlı danışıqları davam etdirmək üçün dekabrın 1-də Moskvaya səfər edəcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr noyabrın 30-da Floridada keçirilib. Müzakirə münaqişəyə son qoymaq yollarına, iqtisadi və təhlükəsizlik məsələlərinin uzunmüddətli həll yollarına, Ukraynada seçkilərin keçirilməsi perspektivlərinə və ərazi məsələsinə yönəlib.

Xəbər xətti