NATO ilə Rusiya arasında münaqişə 2029-cu ildən əvvəl baş verə bilər.
Ucnoqta.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bunu Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə mümkün hərbi toqquşmanın vaxt cədvəlinə yenidən baxılmasına çağıraraq bildirib.
Müdafiə naziri münaqişənin mümkün vaxtı ilə bağlı fərziyyələrin spekulyativ olaraq qaldığı barədə xəbərdarlıq edib. Lakin o, daha sonra bildirib ki, ekspertlərin hesablamalarına görə, bu, 2029-cu ildə və ya daha tez baş verə bilər.
"NATO-nun özünü müdafiə edə bilmədiyi təəssüratı yaratmamalıyıq. Elədir. Onun əhəmiyyətli çəkindirmə potensialı var. Əlbəttə ki, ənənəvi, eyni zamanda nüvə. Bundan asılı olmayaraq, bizim döyüşə hazır silahlı qüvvələrimiz var, amma bəli, onları daha da yaxşı təchiz etməliyik", - deyə Pistorius yekunlaşdırıb.