9 il əvvəl öldürülən qadının meyiti tapıldı

13:25 - 13 Noyabr 2025 - Xəbər

Cəlilabad rayonunda 2016-cı il tarixdə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızı qətlə yetirilib.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, polis və Penitensiar Xidmət əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Elnur Eynullayevin törətməsi müəyyən olunub.

O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti