Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi qəza ilə bağlı irəli sürülən bəzi iddialarla bağlı açıqlama yayıb.
Bildirilir ki, sözügedən təyyarə Səudiyyə Ərəbistanından 21 yanvar 2012-ci ildə alınıb və texniki xidmət başa çatdıqdan sonra 2014-cü ildə inventara əlavə edilib. Modernləşdirilib və 2022-ci ildə yenidən istismara verilib.
O vaxtdan bəri müntəzəm texniki xidmətlə istismarda olub. Lakin istismardan çıxarılmış təyyarə olduğu iddialarının əksinə olaraq, C-130 təyyarələri Səudiyyə Ərəbistanı tərəfindən istifadə olunmağa davam edirdi.
Təyyarədə heyyət və təyyarə texniki xidmət avadanlıqları olub. Göyərtədə heç bir sursat olamyıb.